Rəis müavini: “Yeni il bayramında yeni Əfv fərmanı olacaq” AÇIQLAMA
"Yeni il bayramında əfv olunacaq şəxslərlə bağlı sənədlər hazırlanır. Həmin bu sənədlər Əfv komissiyasına təqdim olunacaq". Bunu SİA-ya Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.
Rəis müavininin sözlərinə görə, hələ Əfv sərəncamının icra olunacağı vaxt müəyyən olunmayıb: "Əfv komissiyasına bununla bağlı müraciət edənlərin sayı çoxdur. Biz öz davranışı və özünə olan münasibəti, tələbkarlığı ilə seçilən şəxslərə üstünlük veririk və onların əfv olunmasına çalışırıq. Əfvolunma institutu birbaşa olaraq cənab Prezident İlham Əliyevin müstəsna səlahiyyətindədir. Lakin Əfv komissiyası sənədləri araşdırıb təhlil edəndən sonra Prezidentə təqdim edir və dövlət başçısı onu imzalayır. Cinayətlər az ağır, ağır və xüsusilə ağır cinayətlər olmaqla, müxtəlif cür olur. Bu sərəncam ağır və xüsusilə ağır cinayətlərə şamil olunmur. Əfv komissiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə yaradılıb və fəaliyyət göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB