YAP Zaqatala rayon təşkilatında təbliğat-təşviqat kompanyası ilə əlaqədar Suvagil kəndində seçicilərlə görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Partiyadan olan namizədlər və 200 nəfər seçici iştirak edib. Tədbiri ilk olaraq YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq rayonda yüksək əhval ruhiyyə ilə təbliğat kompanyasının davam etdirildiyini bildirib.
Natiq çıxışında YAP-ın xalq arasındakı nüfüzunu həmdə namizədlərimizin ictimai fəallığı seçkilərdən qələbə ilə çıxmamıza imkan verəcəkdir . Həmçinin Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi qazandığı iqtisadi siyasi diplomatik uğurlar düşünülmüş daxili və xarici siyasətinni məntiqi nəticəsidir.
Daha sonra çıxış edən kənd ağsaqqaları və ziyalıları Qeybulla Hüseynov, Abdurahman Soltanov və Xalid Məmmədov bələdiyyələrin həyatımızda yeri və rolu haqda ümumi məlumat verərək yerlərdə Partiyadan olan namizədləri daha çox dəstəkləməklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB