Həmsədrlər Berlində Dağlıq Qarabağı müzakirə edəcəklər

Həmsədrlər Berlində Dağlıq Qarabağı müzakirə edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Berlinə gediblər. Bu barədə SİA ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsinə istinadən xəbər verir.

"Həmsədrlər Almaniyanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcəklər"- deyə, Uorlik qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə