Qarsda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib, Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, E. Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli iclasında iştirak etmək üçün Qarsa səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB