Milli Məclisin deputatı Sevinc Hüseynova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə keçiriləcək V Bosfor Sammitində iştirak etmək üçün dekabrın 9-dan 12-dək Türkiyədə səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, İstanbul şəhərində keçiriləcək toplantı "Gələcək üçün ssenarilər" mövzusuna həsr edilib. Deputatımız toplantıda müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB