Araz Əlizadə: “Müsavat partiyası "fuflo" qurumdur”

Araz Əlizadə: “Müsavat partiyası "fuflo" qurumdur”

"Əli Kərimli elə rəy yaratmağa çalışır ki, guya müxalifətin bugünkü vəziyyətə düşməsində onun heç bir günahı yoxdur. O özünün anti-demokratik əməlləri ilə Azərbyacanda vətəndaş cəmiyyətinin formalaşmasına böyük zərbə vurub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.

Onun sözlərinə görə, Əli Kərimli siyasi iradəyə malik olan bir şəxs deyil ki, hər hansısa bir partiyanın işlərinə qarışıb orada iğtişaşlar törədə bilsin: "Ümumiyyətlə, bu cür qarşıdurmaları yaradan şəxslər siyasi iradəyə sahib olmayan insanların əməlləridir. Artıq bir neçə vaxtdır ki, Müsavatda əməlli-başlı qalmaqallar yaranıb. Müsavat Partiyasının mövcudluğu şübhə altındadır, artıq o partiyanın siyasi partiya kimi fəaliyyət göstərməsi də düzgün deyil. Sirr deyil ki, bu Müsavatın daxilində olan qruplaşmalar birmənalı şəkildə bir-birlərini qəbul etmirlər və həmin qarşıdurmalar zaman-zaman fərqli müstəvilərdə açıq şəkildə özünü büruzə verib. Belə bir vəziyyətdə bəziləri vəziyyəti dəyərləndirmək, təhlil etmək əvəzinə, digərlərini ittiham etməyə üstünlük verirlər".

Eltun

Bütün xəbərlər Facebook səhifəmizdə