Daşkəsən seşiciləri ilə YAP-ın namizədləri arasında görüş keçirilib FOTOLAR

Daşkəsən seşiciləri ilə YAP-ın namizədləri arasında görüş keçirilib FOTOLAR

Bu gün Daşkəsən rayonun Xoşbulaq kənd mədəniyyət evinin binasında Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun iştirakı ilə seçicilərlə namizədlərin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, 250 nəfər seçicinin iştirak etdiyi tədbirdə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, təbliğat-təşviqat kampaniyasının aparılması yönümündə atılan addımlar müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları Musa Quliyev və Xanlar Fətəliyev, YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rafael Gülməmmədov, "Səs" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev iştirak edib. İşgüzar şəraitdə keçən görüşdə əsas diqqət seçicilər arasında sağlam təbliğatın aparılması, namizədlərin daha layiqli olduğunu təşviq etmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə