YAP Şəmkir rayon təşkilatında bir qrup Bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

YAP Şəmkir rayon təşkilatında bir qrup Bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

Bu gün YAP Şəmkir rayon təşkilatında bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Şəmkir rayon təşkilatı seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı seçki Qərərgahının üzvləri və YAP fəalları iştirak edib.

Görüşü YAP Şəmkir rayon təşkilatı seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev açaraq bildirib ki, Şəmkir rayonununda 42 bələdiyyə üzrə YAP tərəfindən 400 nəfərin namizədliyi irəli sürülüb.

F.Vəliyev qeyd etdi ki, dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar YAP Şəmkir rayon təşkilatında 15 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Bunun ardınca hər bir məntəqədə fəaliyyət göstərəcək müşahidəçilər təyin edilib, eləcə də təbliğat kampaniyasında iştirak edəcək fəalların tərkibi müəyyənləşdirilib.

Sonra F.Vəliyev namizədlərlə bağlı fikirlərini, həmçinin, təbliğat-təşviqat kampaniyası dövründə atılmalı olan addımlarla bağlı tövsiyələrini bildirib.

Çıxış edən YAP Şəmkir rayon təşkilatı seçki Qərərgahının üzvü Nürəddin Əhmədov ölkəmizin dünya arenasındakı yeri, partiyamızın yarandığı şərait, gender bərabərliyi, dövlətimizin mənafeyinin qorunması haqqında məlumat verdi və bildirdi ki, YAP regionun ən böyük partiyasıdır və sizi bu seçkilərdə partiyamız tərəfindən namizədliyi irəli sürülmüş üzvlərimizi dəstəkləməyə çağırıram.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı seçki Qərərgahının üzvü Rzayev Abdulla seçkilərdə partiyamız tərəfindən namizədliyi irəli sürülən vətəndaşlar arasında gənclərin, qadınların çoxluğunun əvvəlki seçkilərə nisbətən daha çox diqqət cəlb etdiyini qeyd etdi. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda çox böyük, fundamental işlər görülür, layihələr həyata keçirilir. Prezidentimizin sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclər siyasəti isə region ölkələrində bir nümunə olaraq təqdim olunur. Seçkilərdə qadınların sayının çox olması isə gender siyasətinin uğurla həyata keçirilməsi deməkdir. Bütün bunlar isə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafından xəbər verir.

Daha sonar namizədliyi irəli sürülmüş Musayev İlkin, Abbasova Nəhayət, Cəfərova Səlmi çıxış edərək bu ehtimadı doğruldacaqlarına və bunu öz işləri, əməlləri ilə sübut edəcəklərinə söz veriblər

Bütün xəbərlər Facebook səhifəmizdə