Müşfiq Ələsgərli: “Rauf Arifoğu “Azadlıq” qəzetini məhkəməyə verməkdə haqqlıdır”

Müşfiq Ələsgərli: “Rauf Arifoğu “Azadlıq” qəzetini məhkəməyə verməkdə haqqlıdır”

"Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlunun "Azadlıq" qəzetini və AXCP-nin sədri Əli Kərimlini məhkəməyə verməsi ilə bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli SİA-ya açıqlama verib.

Onun sözlərinə görə, son vaxtlar "Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında yaranan qarşıdurmalar getdikcə böyüyür: "Çox təəssüflə qeyd etməliyəm ki, bu qarşıdurmalar qəzetçilik prinsiplərindən uzaqdır. Hər iki qəzet bir-birini siyasi qurumların maraqlarına uyğun olaraq ittiham edir. Xüsusilə də, "Azadlıq" qəzeti bu qarşıdurmaların yaranmasına səbəb olur. Çünki bütün iddialar məhz onlar tərəfindən ortaya atılır. "Azadlıq" qəzetinin əməkdaşları "Yeni Müsavat" qəzetinə qarşı təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirlər və bu qəzetə qarşı çox ciddi kampaniya aparırlar. Sirr deyil ki, bütün bu qarşıdurmalar siyasi maraqların toqquşması nəticəsində ortaya çıxır. Rauf Arifoğlu bir neçə dəfə öz həmkarlarını təmkinli olmağa, yersiz qarşıdurmalara son qoymağa səsləsə də, çox təəssüf ki, əks tərəf "Yeni Müsavat" qəzetinə qarşı başlatdıqları bu kampaniyanı davam etdirir. Artıq vəziyyətin çıxılmaz olduğunu görən Rauf Arifoğlu məsələni məhkəmə yolu ilə həll etməyi düşünür. Bu məsələdə Rauf Arifoğlunu qınaq obyektinə çevirmək heç də düzgün deyil".

Eltun

Bütün xəbərlər Facebook səhifəmizdə