Yevlaxda seçkilərlə bağlı təbliğata start verildi FOTO

Yevlaxda seçkilərlə bağlı təbliğata start verildi FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon Təşkilatında bələdiyyə seçkilərinə YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərlə rayon sakinlərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Elman Məmmədov, İlham Məmmədov və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər. Görüşü giriş sözü ilə açan millət vəkili, YAP Yevlax rayon Təşkilatının sədri İlham Məmmədov bildirib ki, Yevlax şəhəri ərazisində 2 Dairə 57 məntəqə mövcuddur: "Bunlardan 48 saylı Yevlax Dairəsi üzrə 31 məntəqə, 49 saylı Yevlax-Mingəçevir Dairəsi üzrə isə 26 məntəqə fəaliyyət göstərir. 2 Dairə üzrə 58000 minə yaxın seçici qeydiyyata alınıb. Yevlax rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 27 kənd olmaqla 29 Bələdiyyə fəaliyyət göstərir. Seçki Məcəlləsinə uyğun olaraq Bələdiyyələr üzrə seçici sayına uyğun 29 bələdiyyə üzrə 267 namizəd yer müəyyənləşdirilib. Yeni Azərbaycan Partiyası hakim Partiya olaraq hər yerə bir nəfər olmaqla 267 yerə 267 nəfər partiya fəalının namizədliyini irəli sürüb. 267 nəfərin 108 nəfəri (41 %-i) gənclərdən, 124 nəfəri (47 %) qadınlardan ibarətdir. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri müvafiq dairə seçki komissiyalarında qeydə alınıb".

Daha sonra çıxış edən digər natiqlər Elman Məmmədov və Bəxtiyar Sadıqov namizədlərə seçiciləri ilə seçki kampaniyalarında görüşlərinin təşkili və seçki platformalarını seçicilərə necə təqdim etmələri ilə bağlı müzakirələr aparıblar.

Sonda məruzə ilə çıxış edən Tahir Rzayev namizədlərə Bələdiyyə üzvlərinin hüquq və vəzifələrindən, Bələdiyyə qanunlarından ətraflı məlumat verib. O, hüquqi normativlərə əməl etməyi bir daha bələdiyyə üzvlərinin diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə