Türkiyə Azərbaycanı G-20 Sammitinə dəvət edib

Əli Babacan: “Azərbaycanın G-20 Sammitindəki iştirakı Türkiyə tərəfi üçün əhəmiyyət kəsb edir”
Türkiyə Azərbaycanı G-20 Sammitinə dəvət edib

Türkiyə gələn il Antalyada keçiriləcək G-20 Sammitində iştirak etmək üçün Azərbaycana da dəvət göndərib. SİA-nın məlumatına görə, bu barədə Türkiyə hökumətinin rəsmisi Əli Babacanın açıqlamasını "trt haber" yayıb.

Babacanın sözlərinə görə, Azərbaycanın G-20 Sammitindəki iştirakı Türkiyə tərəfi üçün əhəmiyyət kəsb edir: "Azərbaycanın Sammitdəki iştirakı bizim üçün çox önəmlidir".

Türkiyə hökumətinin rəsmisi həmçinin xatırladıb ki, onun ölkəsi "Böyük iyirmilik"inə cari llin 1 dekabr tarixindən rəhbərlik etməyə başlayıb. Onun bildirdiyinə görə, Türkiyə bir il ərzində dünya iqtisadiyyatının sükanını öz əllərində tutacaq.

Baş nazirin müavini bu ərəfədə rəsmi Ankaranın dialoq üçün bütün imkanlardan istifadə edəcəyini də vurğulayıb.

Daha öncə Türkiyənin baş naziri Əhməd Davudoğlu da bəyan etmişdi ki, onun ölkəsi dünya siyasətində və iqtisadiyyatında öhəmli rol oynayır.

Xatırladaq ki, G-20-yə 20 nəhəng milli iqtisadiyyata mailk olan dövlətlər üzvlük edir. Bunlar Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa İttifaqı təşkilatıdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə