"Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycan haqqında dedikləri onun öz düşüncəsinin və araşdırmasının məhsulu deyil. Bunu birdəfəlik anlamaq lazımdır ki, Avropa Parlamenti kölə təşkilatdır, bu qurum Qərbin mafioz xüsusi xidmət orqanlarının, kəşfiyyat qurumlarının siyasi oyuncağıdır". Bu fikirləri SİA-ya açıqlamasında ekspert t Vüqar Əsgərov bildirib.
Avropa Parlemtinin sədri M.Şultsun Azərbaycan haqqında səsləndirdiyi fikirlərə mnüasibət bildirən V.Əsgərov qeyd edib ki, əslində ölkəmizə qarşı bu tip qərəzli çıxışlar gözləniləndir: "Haqlı olaraq dünən Milli Məclisdə deputatlarımız Avropa Parlamentinin sədri Şultsu ən sərt formada tənqid etdilər, onun qərəzli mövqeyi tənqid atəşinə tutdular. Bizimlə təhdid dilində danışmaq Avropa Parlamentinə başucalığı gətirməz. Məsələ bundadır ki, bu gün faktiki olaraq Avropanın həyatı Şərqdən asılıdır. Avropanın enenrji təminatının böyük hisəsi Şərq ölkələrinin payına düşür. Dünyanın ən anti-demokratik nöqtəsi Qərbdir, bunu özləri də başa düşürlər. Onlar Azərbaycanın inkişafını həzm edə bilmirlər. "Siyai məhbus", "İnsan hüquqları" və sairə bu kimi terminlər bunların dilindən düşmür. Buna əmin olun ki, əgər obyektiv araşdırma aparılsa, görərik ki, dünyada ən çox siyasi məhbuslar Qərb ölkələrindədir, insan hüquqlarının da ən çox pozulduğu dövlətlər də Qərbdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB