Vaqif Hacıbəyli: “Əlavə sifariş olmayacaq?” İZTEHZA

Vaqif Hacıbəyli: “Əlavə sifariş olmayacaq?” İZTEHZA

"Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli onu və qardaşları Arif Hacılı ilə Mustafa Hacıbəylini, eləcə də eks-başqan İsa Qəmbəri ittiham edən narazı müsavatçılara cavab verib. SİA xəbər verir ki, Vaqif Hacıbəyli sözügedən məsələdə qarşı tərəfin həddini aşdığını iztehzalı şəkildə bildirib: "Vaqif Hacıbəyli status yazmasın, İsa Qəmbər mövqe bildirməsin, rayon təşkilatları bəyanat verməsin, MNTK sədrini dəyişsin, söyüş söyənlər partiyadan çıxarılmasın. Oldu,sonra nə istəyirsiz? Əlavə bir sifariş olmayacaq?"

Qeyd edək ki, başqanlıq seçkisindən sonra bir qrup müsavatçı funksioner "Əhrar" Partiyasının sədrinin Müsavatın daxili işlərinə qarşıdığını, bu müdaxilələri isə Arif Hacılı və Mustafa Hacıbəylinin qardaşı olduğu üçün etdiyini bildiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə