Çingiz Qənizadə: “Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulması əsaslıdır”
"Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulması hüquqi baxımdan əsaslıdır. Çünki, X.İsmayıl haqqında iddia qaldırılıb və hazırda məhkəmə prosesi gedir. Məhz bundan çıxış edərək prokurorluq X.İsmayılın ölkədən çıxmasına qadağa qoyub". Bunu SİA-ya açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, əgər şəxs barədə məhkəmə çəkişməsi, yaxud istintaq gedirsə müəyyən məhdudiyyətlərin qoyulması qanunla yol verilən haldır: "Xədicə İsmayıl barəsində məhkəmə çəkişməsi, istintaq işi var. Bu baxımdan onun ölkədən çıxmasına qadağa qoyulub. Yəni, qanunda bu yol verilən haldır. Əgər məhkəmə olacaqsa, yaxud istintaq gedirsə, onun ölkədən çıxdıqdan sonra geri qayıtmamaq ehtimalı var. Ona görə də bu qadağaların qoyulması təbii haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB