YAP imzatoplama kampaniyasını uğurla başa çatdırdı

YAP imzatoplama kampaniyasını uğurla başa çatdırdı

Yeni Azərbaycan Partiyası 2014-cü ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini uğurla davam etdirməkdədir. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, artıq qeyd olunduğu kimi, ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə təxminən 15 min Yeni Azərbaycan Partiyasının üzvü namizəd irəli sürülüb. YAP tərəfindən irəli sürülən namizədlərin lehinə imzatoplama kampaniyası partiyanın seçki qərargahının və yerli orqanlarının ahəngdar fəaliyyəti nəticəsində uğurla başa çatıb.

Noyabrın 19-a olan məlumata görə, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin 14 mindən çoxu artıq bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınıb.

İmza vərəqlərini dairə seçki komissiyalarına təqdim etmiş, digər irəli sürülmüş namizədlərin qeydə alınması prosesinin yaxın günlərdə başa çatacağı gözlənilir.

Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınması prosesini Seçki Məcəlləsinin tələblərinə uyğun vaxtda yekunlaşdırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə