Mütəllim Rəhimli: “Liderlər arasındakı konfiliktlər qruplararası mübarizəyə keçib” AÇIQLAMA

Mütəllim Rəhimli: “Liderlər arasındakı konfiliktlər qruplararası mübarizəyə keçib” AÇIQLAMA

"Ümumiyyətlə, Müsavat Partiyası ilə AXCP arasında əvvəldən də heç cürə isti münasibət olmayıb". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli AXCP funksionerlərinin və "Azadlıq" qəzetinin Müsavatda baş verən istefaları böyük sevinclə qarşılaşmasına münasibət bildirərkən deyib.

Ədalət Partiyasının Aparat rəhbərinin sözlərinə görə, sadəcə olaraq onlar aralarında heç bir qarşıdurmanın olmadığına dair görüntü yaratmağa çalışırdılar: "Müsavat AXCP arasında zaman-zaman pozuculuq işləri olub və AXCP-dən Müsavat Partiyasına keçmələr olub. Amma onlar bəzən üzdən elə görüntülər yaradırlar ki, guya bu iki partiya müttəfiqdir və Azərbaycanın ictimai-siyasi həyatında birgə iştirak edirlər. Təbii ki, indi də AXCP-nin əlinə çox gözəl fürsət düşüb. Hesab edirəm ki, bu davranışlar siyasi mədəniyyətə uyğun gəlməsə belə, bu cür sevinc hallarını müşahidə etməli oluruq. Əslində Azərbaycan ictimai-siyasi fikri bu iki qurumu eyni yerdə görür. Sadəcə olaraq liderlər arasında olan konfiliktlər qruplararası mübarizəyə keçib və bu açıq-aşkar da müşahidə olunur. Məhz buna görə də biz liderlər arasında olan narazılıqları, siyasi qurumlar arasında olan konfiliktlər kimi görməkdəyik. Təbii ki, bu da hazırda AXCP-nin sevincinə səbəb olur".

Bütün xəbərlər Facebook səhifəmizdə