Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə partiyanın yaradılmasının 22-ci il dönümü ilə bağlı tədbir keçirib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev və partiyanın gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov hakim partiyanın yarandığı gündən bu günə qədər keçdiyi yol haqqında məlumat verib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində özünün ən yüksək mərhələsinə çatmışdır: "Azərbaycan gəncləri xarici ölkələrdə təhsil alır, dünyada ölkəmizi layiqincə təmsil edir və dövlət idarəçiliyində mühüm rol oynayırlar. Eləcə də YAP üzvlərinin böyük faizini gənclər təşkil edir. O gəncər ki, onlar qanı və canı ilə dövlətimizə, millətimizə xidmət yolunu özləri üçün əsas meyar seçmişlər".
YAP Yasamal rayon təşkilatının sədr müavini Rasim Nəbiyev partiyanın yaradılmasının Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik hadisə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə hər gün yeni nailiyyətlərə doğru addım atır.
Tədbirdə çıxış edən Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev Azərbacanda gənclərin rolundan danışıb. O, qeyd edib ki, bu gün Azərbaycanın sağlam gəncliyi YAP-ın sıralarındadır, bu gənclər bilik və bacarıqları ilə dövlətimizə xidmət edirlər: "Bu gün Azərbaycan gəncliyi dövlət idarəçiliyində təmsil olunurlar. Ölkəmizdə gənclər siyasəti sahəsində dünyada bənzəri olmayan layihələr həyata keçirilib".
Tədbirin sonunda ictimai-siyasi fəallığı ilə seçilən gənclərə diplomlar, fəxri fərmanlar tədqim olunub.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB