Partiya sədri: “Radikal müxalifət liderləri ilə xarici qüvvələrin istəkləri üst-üstə düşür”
"Radikal müxalifət liderləri ilə xarici qüvvələrin istəkləri üst-üstə düşdüyündən azalma tendensiyası olsa da, onlar yeni mitinqlər keçirməkdə maraqlıdırlar". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli radikal müxalifətin növbəti mitinqlər keçirəcəyinə dair yayılan xəbərləri şərh edərkən deyib.
T. Kərimli qeyd edib ki, "Milli Şura"nın ikinci yoxlanış mitinqi də azalma xətti ilə gedib: "Rəsmi məlumata görə, əvvəlki mitinqdə iştirak edənlərin sayı 900 nəfər idisə, sonrakında bu 700 nəfər olub. Sual olunur ki, belə olan təqdirdə onların mitinq keçirmək təşəbbüsləri nədən qaynaqlanır? Bunun səbəbləri məlumdur. Beynəlxalq təşkilatlar, xarici dövlətlər, Azərbaycana təzyiq rıçaqlarını əldən vermək istəmirlər. Bunlar üçün Azərbaycanda təzyiq təşkilatları lazımdır. Təzyiq üçün onlara çəkinmədən hər cür dəstək verirlər ki, onlar bu aksiyaları davam etdirsinlər".
T. Kərimli bildirib ki, radikal müxalifətin mitinqlərində heç bir ideoloji çalar yoxdur: "Bu gün kimdir birinci adı uğrunda radikal müxalifət daxilində mübarizə gedir. Ona görə də mitinqlərin təşkilatçıları belə mitinqlər keçirməklə, guya özlərinin öncül olduğunu nümayiş etdirməyə çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB