"Hesab edirəm ki, rəsmi Bakı ermənilərin bütün təxribatçı hərəkətlərinin üzərinə var gücü ilə getməlidir və onlara layiqli cavabı verməlidir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov təmas xəttini pozan Ermənistana məxsus "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Müstəqil hərbi ekspertin sözlərinə görə, Ermənistan tərəfi "Mİ-24" tipli hərbi helikopterin Azərbaycanın Ağdam rayonu ərazisində hansı hüquqi əsaslarla peyda olmasına və ümumiyyətlə uçuşlar etməsinə aydınlıq gətirməlidir. Bunun özü bizim üçün çox vacib məqamdır. Onsuzda hamı bilir ki, Ermənistan işğalçı dövlətdir. Hesab edirəm ki, rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və digər beynəlxalq qurumlarda bu məsələnin üzərinə getməlidir. Əgər diqqət yetirsək görərik ki, elə ATƏT-in Baş katibi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç, o cümlədən NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi, BMT Baş katibinin nümayəndəsi və s. mücərrəd, məlum olmayan bəyanat səsləndiriblər. Amma nədənsə, onlar o məsələyə toxunmurlar ki, hansı əsaslarla işğalçı ölkənin hərbi helikopteri Azərbaycanın ərazisində peyda olub? Axı onlara bu icazəni kim verib? Çünki, Azərbaycan 2012-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatına, o cümlədən ATƏT-ə, BMT-yə və digər qurumlara rəsmi olaraq məktub göndərib bildirmişdi ki, Azərbaycanın hava məkanında hər hansı başqa dövlətin təyyarəsinin, vertolyotunun peyda olunması müqabilində Azərbaycan onları vurmaq və yaxud hansısa tədbir görmək səlahiyyətini özündə saxlayır. Bəyan olunub ki, işğal olunmuş ərazilərdə də qeyri-qanuni uçuşlar həyata keçirilərsə, həm işğalçı dövlətin, həm də onların havadarlarının hərəkətləri cavabsız qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB