Partiyadan çıxarılan müsavatçı fəaldan Arif Hacılıya ŞOK SÖZLƏR

“Bunların əllərində olsa, etirazçıları dar ağacından asarlar”
Partiyadan çıxarılan müsavatçı fəaldan Arif Hacılıya ŞOK SÖZLƏR

Müsavatçı fəal, Qubad İbadoğlu qrupunun üzvü, bu gün Müsavat sıralarından uzaqlaşdırılan Kamil Xəlilbəyli partiya rəhbərliyini, o cümlədən başqan Arif Hacılını ən sərt ifadələrlə ittiham edib. SİA xəbər verir ki, müsavatçı fəal son hadisələrə münasibətində Müsavat rəhbərliyini anarxiya adlandırıb və bildirib ki, rəhbərliyin əlində olsa, bütün etirazçıları dar ağacından asar: "Əgər mənim kimi sıravi üzv Arif Hacılı anarxiyasını bu qədər laxladıb təlaşa salırsa və Arif Hacılı PPX-sı məni partiyadan ixrac etmət qərarı alırsa, Qubad İbadoğlu, Vurğun Əyyub, Səxavət Əlisoy, Hikmət Hacızadə, Ellada Məmmədli, Sevinc İsgəndərova, Dünyaxanım Cahan və adını çəkmədiyim bəylər və xanımlar bunların əllərində olsa, onları dar ağacından asarlar!"

Xatırladaq ki, bu gün mətbuata açıqlamalarında Qubad İbadoğlu, Vurğun Əyyub və Səxavət Əlisoy da Müsavat rəhbərliyini avtoritar rejim adlandırıb, partiyada repressiyanın tüğyan etdiyini bildiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə