Sahib Aliyev: “Mən belə jurnalist tanımıram” MÜNASİBƏT

Sahib Aliyev: “Mən belə jurnalist tanımıram” MÜNASİBƏT

"İllərdir Dağlıq Qarabağ məsələsini çözə bilməyən ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç rəsmi Bakını ermənilərlə azərbaycanlıları növbəti dəfə bir araya gətirmək üçün Tiflisdə düzənlədiyi konfransa jurnalistləri buraxmamaqda suçlandırır". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç buna misal olaraq Mehman Hüseynovun adını çəkir: "Mən belə bir jurnalist tanımıram. Bəlkə tanıyan var? Və maraqlıdır, nədən miyatoviçlər bir cümlə yazmağı bacarmayanları jurnalistikayla bağlı QHT-lər yaratmağa həvəsləndirir, onun başında əyləşdirir və maliyyələşdirirlər? Bunu üçün peşəkər jurnalist qəhətliyidir məgər? Təbii ki, yox. Onlar yaxşı bilirlər ki, peşəkar jurnalist heç də hər bir tapşırıqlarına Hüseynov qardaşları və digərləri kimi baş üstə deməyəck. Mehman Hüseynovun konfransa buraxılmamasına gəldikdə isə, mən bilən 2012-ci ildə onun barəsində 221-ci maddə ilə cinayət işi qaldırılıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanunla yasaqdır. Qanuna isə əməl edilməlidir. Bəlkə Avropada belə deyil?"

Bütün xəbərlər Facebook səhifəmizdə