Millət vəkili: “El dəniz kimi dalğalanmayacaq” İRONİYA

Millət vəkili: “El dəniz kimi dalğalanmayacaq” İRONİYA

Millət vəkili Sahib Alıyev El Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin həm hərəkatdan, həm də hərəkatdakı postundan istefa verməsinə ilginc münasibət sərgiləyib. SİA xəbər verdiyinə görə, Sahib Alıyev sözügedən məsələ ilə bağlı ironik şəkildə bildirib ki, "böyük fəlakət baş verib". Sitat: "Bimirəm bu bəd xəbərə el-oba necə dözəcək? Böyük fəlakət baş verib. Cəmsi 2 nəfər üzvü qalan hərakat dağıldı. İndi Eldə ancaq Eldar Namazov var. Eldəniz Quliyev də ordan getdi. Daha El dəniz kimi dalğalanmayacaq, El dardadır!..".

Xatırladaq ki, Eldəniz Quliyev təmsil olunduğu El Hərəkatından istefasına səbəb gətirməsə də siyasi şərhçilər bu istefanı onun özünü kompensasiya etməsi ilə əlaqələndiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə