Bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacaq
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacaq. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.
M. Pənahov deyib ki, səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermə imkanı olmayan seçicilərə digər məntəqələrdə şərait yaradılmalıdır: "Prezident seçkilərində vətəndaşın ölkədə istənilən məntəqədə səs vermək hüququ var. Parlament seçkilərində isə vətəndaşın müvafiq seçki dairəsinin istənilən məntəqəsində qeydiyyatdan çıxma vəsiqəsi götürməklə səs vermək hüququ var. Bələdiyyə seçkilərində də vətəndaş yaşadığı bələdiyyənin ərazisində istənilən məntəqədə səs verə bilər. Bir bələdiyyə daxilində bir bələdiyyə varsa, seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi mümkün deyil. Ancaq həmin bələdiyyə ərazisində iki məntəqə varsa, MSK belə seçicilərin qeydiyyatdan çıxmaq vəsiqəsini götürmək şərtilə səs verməsinə şərait yaratmalıdır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB