MSK sədri: "13 193 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb"

MSK sədri: "13 193 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb"

Bu günə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1336-dən 13 193 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O bildirib ki, namizədliklə bağlı müraciət edənlərin 9103 nəfəri kişi, 4090 nəfəri qadındır: "İndiyə qədər 5996 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 45 imza vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə, 2763 nəfərin namizədliyi fərdi qaydada, 156 nəfərin namizədliyini təşəbbüs qrupları, qalan şəxslərin namizədliyi isə 9 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və s.) tərəfindən irəli sürülüb. Namizədliyini irəli sürənlərdən 11 628 nəfər ali, 868 nəfər orta ixtisas, qalan qism isə orta təhsillidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə