Xəzər Teyyublu: “52 nəfərin kimliyi bizə məlum deyil və heç tanımırıq da !” AÇIQLAMA
"Ümumiyyətlə Klassik Xalq Cəbhəsi Partiyası olaraq, AXCP Sumqayıt şəhər şöbəsindən istefa verən 52 nəfərin kimliyi bizə məlum deyil və heç onları tanımırıq da!". Bunu SİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvünün partiyadan istefa verib, KXCP-yə üz tutması məsələsinə münasibət bildirərkən deyib.
Partiyanın sədr müavininin sözlərinə görə, həmin insanlar KXCP-yə müraciət etdikdən sonra kimlikləri məlum olacaq. Mən sadəcə olaraq KXCP-nin nizamnaməsi çərçivəsində yanaşaraq deyə bilərəm ki, həm AXCP üzvləri, həm də adi bir vətəndaş bizə müraciət etdiyi halda məsələləri araşdırıb sonra yekdil qərara gəlirik. KXCP-nin əsas elektoratı ondan ibarətdir ki, əgər insanlar siyasətlə məşğul olurlarsa, siyasi maraqlardan çıxış edirlərsə, Azərbaycanın dövlətçilik maraqlarını müdafiə edirlərsə və ölkəmizin gələcəyi ilə bağlı dövlətçi mövqe sərgiləyirlərsə, həmin insanlara şərait yaradaq".
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb. Bəyanatda bildirilir ki, üzvlərin istefasına səbəb şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyadır. Qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə, sabiq sədr K. Rəhimov arasında narazılıq yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB