Əli Orucov: “ “Milli Şura”nın keçirdiyi mitinqlərdə kütləvilik olmadığından, süni alınır”

Əli Orucov: “ “Milli Şura”nın keçirdiyi mitinqlərdə kütləvilik olmadığından, süni alınır”

"Bu gün mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur. Ona görə də "Milli Şura"nın keçirəcəyi mitinqin heç bir effekti olmayacaq". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

Ə. Orucov qeyd edib ki, "Milli Şura"nın keçirdiyi mitinqlərdə kütləvilik olmadığından süni alınır: "Onların bundan öncə keçirdiyi mitinqdə də kütləvilik olmadı. Eyni zamanda mitinqlər hazırlıqsız keçirildiyindən, heç bir effekt vermir".

Onun sözlərinə görə, "Milli Şura"da təmsil olunanlar "mövcudluqlarını" göstərmək üçün belə aksiyalar keçirirlər.

Qeyd edək ki, "Milli Şura" noyabrın 10-da aksiya keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə