AXCP Müsavat başqanının təklifini RƏDD ETDİ

Gözəl Byramlı: “Arif Hacılının fikrinə münasibət bildirmək istəmirəm”
AXCP Müsavat başqanının təklifini RƏDD ETDİ

Müsavat Partiyasının başqanı Arif Hacılının ötən həftə keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi təşkilatın AXCP ilə yenidən müttəfiqlik etməyə məcbur olması ətrafında dediyi fikirlər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tərəfindən rədd edilib. SİA xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən partiyanın sədr müavini Gözəl Bayramlı Arif Hacılının əməkdaşlıq təklifinə soyuq münasibət bildirib: "Mən nə Müsavat daxilində gedən proseslər barədə, nə də ki, həmin partiyanın rəhbərliyi tərəfindən irəli sürülən bəyanatlara münasibət bildirmək istəmirəm. Yəqin ki, mənim bu ifadələrim hər şeyi deyir. Ona görə də Arif Hacılının fikirlərinə münasibət bildirmək istəyindən uzağam".

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının AXCP ilə müttəfiqlik etmək planına qarşı tərəfdən heç bir reaksiya verilməyib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə