Hikmət Hacıyev: “Ermənistan məhv olmaq təhlükəsi ilə üz-üzədir” AÇIQLAMA
"Bu gün Ermənistan rəhbərliyinin apardığı siyasi fəaliyyətin nəticəsidir ki, işğalçı ölkə parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə dayanıb". Bunu SİA-ya Azərbayan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma erməni soyqırımı ilə bağlı erməni diasporu ilə Serj Sarkisyan rejimi arasında yaranan narazılığa münasibət bildirərkən deyib.
XİN rəsmisinin sözlərinə görə, işğalçı ölkənin həm xarici, həm də daxili siyasəti çox bərbad vəziyyətdədir: "Serj Sarkisyanın apardığı siyasət nəticəsində ölkə daxilində çox ciddi problemlər hökm sürür. Bu özünü istər iqtisadiyyatda, istərsə də demoqrafik vəziyyətdə göstərir. İkincisi isə erməni diasporasının da öz ölkəsi barəsində çox ciddi narazılıqları var. Təbii ki, bu da rejimin başında dayanan şəxsin yürütdüyü siyasətlə əlaqədardır".
Qeyd edək ki, bir müddət öncə qondarma erməni soyqırımı ilə bağlı erməni diasporu ilə Serj Sarkisyan rejimi arasında yaranan narazılıq Ermənistanda aksiyalara səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB