Tural Abbaslı: “Səxavət Əlisoy açıqlama verməlidir” MÜNASİBƏT

Tural Abbaslı: “Səxavət Əlisoy açıqlama verməlidir” MÜNASİBƏT

"Hər bir siyasi partiyada kimsə kimisə himayə edə bilər, dəstəkləyə bilər". Bu fikirləri SİA-ya Müsavat Partiyasının funksioneri, təşkilatın keçmiş Divan üzvü Tural Abbaslı başqanlığa namizəd olmuş Səxavət Əlisoyun eks-başqan İsa Qəmbərin partiya daxilində bir sıra üzvləri, o cümlədən, yeni başqan Arif Hacılını himayə etməsi iddialarına münasibət bildirərkən deyib.

Tural Abbaslı bunun normal hal olduğunu deyib və partiya idarəçiliyində sözügedən amili tərkib hissə kimi qiymətləndirib: "Bu, siyasi partiyanın fəaliyyətinin tərkib hissəsidir. Səxavət Əlisoyun fikirlərinə gəlincə, bu onun subyektiv fikridir. Çünki "himayə edir" ifadəsi özündə bir çox nüansları birləşdirir".

Müsavat funksioneri Səxavət Əlisoyun sözügedən iddiası ilə bağlı açıqlama verməli olduğunu da bildirib: "Gərək Səxavət Əlisoy açıqlama versin ki, İsa Qəmbər hansı formada Arif Hacılını himayə edir? İsa bəy partiyanın bir üzvü kimi istədiyi şəxsə dəstək verə bilər. Bu faktdır ki, İsa bəyin dəstək verdiyi insan bir addım öndə olur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə