Müsavatın Qaradağ rayon təşkilatı tam tərkibdə istefaya hazırlaşır
Müsavat partiyası gənclər birliyinin fəal üzvü Səbuhi Məmmədov sosial şəbəkələrdə yazdığı statusda partiyada baş verən olaylara münasibət bildirib. O qeyd edib ki, İsa Qəmbər və Arif Hacılı müsavatçılarla "gizlən qaç" oyunu oynayırlar: "Partiya bu iki nəfərin dədə mülkü kimi idarə olunur. Mən Qaradağ rayonundan Müsavata üzv olanda cəmi bir neçə nəfər üzvümüz var idi. Ancaq öz dostlarımı da bu partiyaya üzv etdim. Çox peşmanam. Əgər Müsavatda cəsarət nümayiş olunmasa, Tovuz tam tərkibdə istefa verən ilk və son faktor olmayacaq. Qaradağ müsavatçıları kişilik gözləyir. Əks təqdirdə... Gedəcəyik".
Xatırladaq ki, S.Məmmədovun yazdığı bu statusa cəbhəçilər dəstək verib. Müsavatçılar isə sərt şəkildə, nalayiq sözlərlə onu təhqir ediblər. Nəticədə cəbhəçilərlə müsavatçılar arasında söyüş və təhqirlər müşahidə olunan münaqişə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB