Azərbaycan-Fələstin XİN arasında Anlaşma memorandumu imzalanıb

Azərbaycan-Fələstin XİN arasında Anlaşma memorandumu imzalanıb

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüş əsnasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş və elm-təhsil, humanitar və sosial səhələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Riyad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi dəstək və yardımının yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə