Milli Şuranın mitinqinə Mirzə Sakit BAXIŞI

"Öyünü kosmos tiksin"
Milli Şuranın mitinqinə Mirzə Sakit BAXIŞI

Bu gün "Məhsul" stadionunda keçirilən mitinqə "Azadlıq" qəzetinin kieçmiş satirik yazarı, eks AXCP üzvü Mirzə Sakit tərəfindən münasinət bildirilib. SİA xəbər verir ki, satirik yazar öz "facebook" hesabında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Milli Şuranın mitinqinə qatılaraq, sıravi mitinqçilər arasında dayanmasına özünəməxsus şəkildə şərh verib. İsa Qəmbərin 21 il başqan olduğunu, lakin siyasi taktikaya malik olmadığını eyham edən Mirzə Sakit fikirlərini bu cür ifadə edib: "...İsa Qəmbərin yerinə olsaydım mitinq olan yerə bir boçka gətizdirərdim və Nəim əfəndi kimi çıxardım o boçkanın üstünə mən də bu tərəfdə nitq söyləyərdim. Öyünü Kosmos tiksin, 21 il başqan oldu, bu taktikanı da bilmədi...".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə