Musa Qasımlı: “Ölkə başçısının nitqi ATƏT-in Minsk qrupu həmsədrlərinə işarədir”
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədəki çıxışı ölkəmizin müasir inkişafını göstərir və gələcək perspektivləri müəyyənləşdirir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, dövlət başçısının nitqində Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan hakimiyyətinin tutduğu mövqe bir daha açıldı: "Ölkə başçısı göstərdi ki, Ermənistan mövcud vəziyyəti qoruyub saxlamağa çalışır. Amma mövcud vəziyyət axıra qədər belə davam edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ATƏT-in Minsk qrupu həmsədrlərinə də bir işarədir. Onlar öz fəaliyyətlərini aktivləşdirməli, təcavüzkar Ermənistana təzyiq etməlidirlər. Təcavüzkarla təcavüzə məruz qalanı eyniləşdirmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB