Sərdar Cəlaloğlu: “Lazım olsa, özüm partiyamla mitinq keçirərəm” AÇIQLAMA

Sərdar Cəlaloğlu: “Lazım olsa, özüm partiyamla mitinq keçirərəm” AÇIQLAMA

"Mitinqin təşkilatçılığını konkret qüvvələr öz üzərlərinə götürdükləri üçün biz məsuliyyət daşıya bilmərik. Ona görə də partiya kimi, qrup kimi orada iştirak etmək niyyətimiz yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın və AXCP-nin 12 oktyabr mitinqində iştirak edib-etməyəcəkləri ilə bağlı sualı cavablandırarkən deyib.

ADP sədri mitinqdə iştirak etməməsinin səbəblərini izah edərkən deyib ki, indiki zamanda hər hansı problemi qabartmaq üçün mitinq keçirmək heç də uğurlu seçim deyil, bu baxımdan onun özünün mitinqdə iştirakı olmayacaq: "Biz bu kimi məsələlərdə partiya daxilində ümumi müzakirələrimizi aparırıq, müəyyən qənaətlərə gəlirik. Lazım olsa özüm öz partiyamla gedib mitinq keçirərəm. Ancaq şəxsən mən mitinqdə iştirak etməyəcəm.

Ümumiyyətlə, indiki beynəlxalq siyasi vəziyyəti nəzərə almadan, Ukraynadakı, Yaxın Şərqdəki hadisələr fonunda Azərbaycanda hər hansı bir çaxnaşmaya səbəb ola biləcək istənilən addımı dəstəkləmək fikrim yoxdur".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə