Cəmil Həsənli: “Niyə axı məni məcbur erdirsiniz ki, nəyisə deyim?” MÜNASİBƏT

Cəmil Həsənli: “Niyə axı məni məcbur erdirsiniz ki, nəyisə deyim?” MÜNASİBƏT

"Bu məsələ ilə bağlı yaxşı olardı ki, mətbuat xidməti ilə əlaqə saxlayasınız. Məni düzgün başa düşün, axı mən texniki işçi deyiləm!". Bu fikirləri SİA-ya Milli Şuranın sədri Cəmil Həsənli qurumun planlaşdırdığı mitinq günü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin də öz tərəfdarları ilə eyni məkanda mitinq keçirəcəyi iddialarına münasibət bildirərkən deyib.

Cəmil Həsənliyə Milli Şuranın sədri olduğunu xatırlatdığımızda, qurum rəhbəri sədr olduğunu təsdiq etsə də, sözügedən məsələ ilə bağlı mövqelərinin olduğunu deyib: "Sədrəm, ancaq hər bir mətbuata ayrı-ayrılıqda cavab vermirəm. Bizim mövqeyimiz var və bu mövqeyimiz mətbuat xidməti tərəfindən açıqlanır. Bu məsələlərlə bağlı mətbuata açıqlama vermirəm. Hafiz Hacıyevlə bağlı danışmaq istəmirəm. Niyə axı məni məcbur erdirsiniz ki, nəyisə deyim?".

Qeyd edək ki, Cəmil Həsənli mitinqin keçirilməsində Milli Şura rəhbərliyinin qərarlı olub-olmaması ilə bağlı sualımıza susqunluq nümayiş etdirərək, telefonunu söndürdü.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə