Məhərrəm Zülfüqarlı: “Əksər QHT-lər Azərbaycan dövlətçiliyi naminə çalışıblar” AÇIQLAMA

Məhərrəm Zülfüqarlı: “Əksər QHT-lər Azərbaycan dövlətçiliyi naminə çalışıblar” AÇIQLAMA

"Hesab edirəm ki, Azərbaycan dövlətinin güclənməsinə birbaşa xidmət edən QHT-lər üçün daha münbit şərait yaratmaq lazımdır. Yəni qanunlar qəbul olunur amma bəzi hallarda bundan dövlətçiliyə dəstək verən QHT-lər daha çox əziyyət çəkir. Bura hesabatların təqdim olunması, şəffaflığın təmin edilməsi adı ilə arayışların verilməsi və digərləri aiddir". Bunu SİA-ya İctimai problemlərin tədqiqi assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı Milli Məclisdə qeyri-hökumət təşkilatları (QHT) və İctimai birliklər haqqında qanuna dəyişiklər edilməsinin əhəmiyyətindən danışarkən deyib.

Birlik sədrinin sözlərinə görə, gələcəkdə QHT-lərin fəaliyyəti vahid bir pəncərə sisteminə uyğunlaşarsa, daha yaxşı olar: " Biz ildə 4-5 dəfə hesabat veririk ki, bu da müəyyən qədər vaxt aparır. Düşünürəm ki, hesabatların sayı azalsa QHT-lərin fəaliyyəti daha asan olar. Amma ümumilikdə qanunun təkmilləşməsi vacibdir. Çünki, ölkəmizdə müəyyən QHT-lər var ki, onlar hesabat vermir və qanunlara tabe olmurlar. Məhz bunun nəticəsində bir sıra QHT-lərin fəaliyyətləri məhdudlaşdırılıb. Amma ümumilikdə götürsək, ölkəmizdə Azərbaycan dövlətçiliyi naminə çalışan QHT-lər çoxluq təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə