"Hakimiyyət Avropanın deyil, əksinə Avropa Azərbaycanın üstünə gəlir Siyavuş Novruzovdan İqbal Ağazadəyə cavab

"Hakimiyyət Avropanın deyil, əksinə Avropa Azərbaycanın üstünə gəlir Siyavuş Novruzovdan İqbal Ağazadəyə cavab

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə Avropa Parlamentinə qarşı sərt fikirlər söyləməyi düzgün hesab etməyib. SİA-nın xəbərinə görə, deputat deyib ki, beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə olması, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli mövqe tutmaları ilə bağlı tənqidlərlə razıdır: "Amma məsələnin bir tərəfi də ondan ibarətdir ki, biz ölkə daxilində elə siyasət aparmalıyıq ki, onlar bizə təzyiq göstərmək imkanı əldə etməsinlər".

İ. Ağazadənin sözlərinə görə, Azərbaycanla bəzi təşkilatlar arasında olan narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır: "Müstəqilliyimizi qorumaq üçün daxili barışa çox böyük ehtiyacımız var. Bu məsələdə Avropa əleyhinə bəyanat vermək yox, əlaqələri daha da inkişaf etdirmək lazımdır".

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, hakimiyyət Avropanın üstünə getmir, əksinə, Avropa Azərbaycanın üstünə gəlir: "Əgər insan haqlarından danışılırsa, qaçqın və məcburi köçkünlərimiz də insandır. Onların da hüquqlarını müdafiə etmək lazımdır.Bu il bələdiyyə seçkiləri keçiriləcək. İnsanın seçmək və seçilmək hüququ var. 1 milyon qaçqınımız bu hüququnu itirir. Azərbaycan neçə ildir ki, balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir. Biz hər bir ölkə ilə eyni səviyyədə müzakirələr aparırıq. Əməkdaşlıq bərabər şəkildə olmalıdır. Bilirsiniz, məhəbbət belə ikitərəfli olur. Birtərəfli məhəbbətin fəsadları da çıxır. Əgər məhəbbət yalnız bir tərəfdə olub o biri tərəfdə olmursa, buna münasibət demirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə