"Leyla Yunus və onun müdafiəçiləri şərəf, Vətən anlayışından uzaqdır" AÇIQLAMA
Son günlər Azərbaycan mətbuatında çox tez-tez Leyla Yunusun qeyri-etik hərəkətlərinin şahidi oluruq. Bu şəxsin Ermənistan xüsusi xidmət orqanlarına işlədiyi və Vətənə xəyanət etdiyi haqda məlumatlar var. Azərbaycan və Ermənistanın müxalifətyönlü Kütləvi İnformasiya Vasitələləri Leyla Yunusun saxlanıldığı təcridxanada ona qarşı həbsxana yoldaşları və oranın əməkdaşları tərəfindən təzyiqlərin göstərildiyini qeyd edirlər. Hətta onun həbsxanadakı otaq yoldaşı Nuriyyə Hüseynova deyib ki, bu şəxs həyasızcasına yalan danışır və hamını təhqir edir. Bütün bu məsələlər isə mətbuatda və onlayn mediada `başqa səbəblərlə işıqlandırılıb. Bununla belə sentyabrın 23-də Polşanın paytaxtı Varşavada ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusunda aparılan müzakirələr zamanı Xədicə İsmayılovanın qeyri-etik hərəkətləri də bunu bir daha sübut edir.
SİA-nın məlumatına görə, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məsələ ilə bağlı 1news.az saytına açıqlamasında deyib ki, Xədicə İsmayılovanın bu hərəkətləri Varşavada böyük tənqid atəşinə səbəb olub: "Hesab edirəm ki, bu tənqid həm onun özünə, həm də Leyla Yunusa qarşı idi. Leyla Yunus "acgöz" və eqoist olmaqla, xarici qrantlar hesabına hazır yeyəndir. Leyla Yunus və onun müdafiəçiləri şərəf və Vətən kimi anlayışlardan uzaqdırlar. Onları yalnız öz şəxsi maraqları və rifahları düşündürür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB