"Hər kəs haqqında fikir bildirməyin tərəfdarı deyiləm. Amma hər halda Kamli Vəli Nərimanoğlunun belə danışması ilk növbədə başqa şəxslərə qarşı düşmənçilik hissidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Şura təmsilçisi Kamil Vəli Nərimanoğlunun konstruktivlik yolu tutmuş müxalifət liderlərini "əl müxalifəti" adlandırmasına münasibətini bildirərkən deyib.
Fərəc Quliyev deyib ki, konstruktiv müxalifət Azərbaycanın milli maraqlarına xidmət edən bütün fikirləri dstəkləyir, ancaq milli maraqlara xidmət etməyən fikirlərin isə qarşısında olur: "Amma indi Kamil kimi adamlar əgər fərdlərə qarşı mübarizəni əsas götürürlərsə və özlərinin şəxsi maraqlarını milli maraqlardan üstün tuturlarsa, bu onların öz zehniyyətidir.
Mən bu zehniyyəti qəbul emirəm. Biz bir vaxtalr Sovet imperiyasına qarşı ən sərt və radikal şəkildə mübarizə aparanda Kamilin yanında olan adamlar "biz radikal deyil, demokratik mübarizə aparırıq"-deyib, kənarda dayanırdılar. Ancaq həmin ipmeriyaya qarşı bütün mübarizələr məqbul sayılırdı. İndi biz bir dövlət qurmuşuq bu dövlətdə radikal adı altında dövlətçiliyə qarşı mübarizə aparmaq, kreslo davası üçün istifadə eləmək tamamilə milli maraqlara xəyanətdir. Bu gün Kamil kimi, Fuad Qəhrəmanlı da eyni mövqeni tutmaqdadır. Məhz bizim mübarizəmiz vaxtında belələri haralardasa gizlənmişdilər. Ümumiyyətlə, belə adamların Azərbaycan cəmiyyətində nə çəkisi var, nə də hörmətləri var. Amma hər halda münasibət soruşdunuz mən də bunu açıqladım. Amma belələri haqqında hətta münasibət bildirməyə dəyməzdi".
Qeyd edək ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev və BQP sədri, millət vəkili Fazil Mustafa da Kamil Vəli Nərimanoğlunun konstruktiv müxalifət yetkililərini "əl müxalifəti" adlandırmasına sərt münasibət bildiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB