Elçin Mirzəbəyli: “Özlərinin əlil müxalifətçi olduqlarını unutmamalıdırlar” İTTİHAM

"Əslində, bu həmin düşərgədə olan qarşılıqlı etimadsızlığın və inanmsızlığın göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli son günlər radikal düşərgə təmsilçilərinin bir araya gələ bilmədiklərinə, eləcə də qarşılıqlı ittihamlarına münasibət bildirərkən deyib.

Mirzəbəylinin fikrincə, onlar uzun illər bir yerdə fəaliyyt göstəriblər və təbii ki, bir-birlərini hər kəsdən daha yaxşı tanıyırlar: "Arzu və istəklərinin nədən ibarət olduğunu da yaxşı bilirlər. Görünür belə fəaliyyətin əsas həddi də hakimiyyətlə bu və ya digər şəkildə işləməkləri istiqamətində bir-birlərini ittiham etməkdən ibarətdir. Yəni faktiki olaraq, əsas hədəf budur. Mütəmadi olaraq eyni fikirlər səsləndirilir. Bunların tarixinə müraciət etsək, 2000-ci ildən başlayaraq, gah Əli Kərimli və ətrafındakı qrup, gah da İsa Qəmbər faktiki olaraq bir-birlərinə qənim kəsiliblər. Kim parlamentdə təmsil olunubsa, seçkilərdə iştirak edibsə, digəri ona dəstək vermək əvəzinə hakimiyytə işləməkdə suçlayıb. Beləliklə hər seçkilərdə iştirak edənlə, etməyən qrup arasında savaş başlanılır. Bu, ənənəvi olaraq Azərbaycanın radikal müxalifətinə xas olan bir elementdir. Çünki işləmək, daha dəqiq desək, kiməsə işləmək anlayışı bunlarda əsas prioritet təşkil edir. Demək, bu adamlar normal, sivil siyasətlə məşğul ola bilmirlər, kiməsə işləməlidirlər. Ya hakimiyyətə işləməlidirlər, ya da xarici təşkilatlara işləməlidirlər. Əslində, Azərbaycanda siyasi təşkilatların əsas prioriteti öz xalqına, dövlətinə işləməkdən ibarət olmalıdır. Təssüflər olsun ki, bunlar özlərinin korporativ maraqlarını ifadə edirlər və haklimiyyətlə, dövlətlə hər hansı bir münasibətə də öz korporativ maraqları çərçivəsində yanaşırlar. Bu, real mənzərə əslində radikal müxalifətin gerçək simasıdır. Ona görə də bizə buna təəssüflənməkdən başqa çarə qalmır".

Elçin Mirzəbəyli Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qərəzli qətnaməyə qarşılıqlı olaraq, bir-birini ittiham edən radikal müxalifət yetkililərinin həmin qətnamə ətrafında eyni fikir söyləmələrinə də münasibət bildirib. BAXCP rəsmisi qeyd edib ki, ilk növbədə bu, Avropa Parlamentinin bir qrup ermənipərəst deputatları tərəfindən hazırlanmış bir qətnamə layihəsidir: "Nəticədə ermənipərəst qurumlarla əlbir olan bəzi insanların siyahıları qərəzli qətnamənin qəbul olunması ilə nəticəsini tapdı və bu qətnamədə yer alan bir çox despot xarakterli məqamlar da əslində həmin o radikal müxalifətin təmsilçiləri, onların eyni qrant qaynağından maliyyəlşdikləri hüquq müdafiəçiləri tərəfindən ötürülmüş saxta məlumatlardır. Şübhəsiz ki, onlar da eyni mənbələrə işlədikləri üçün həmin qərəzli qətnaməni müdafiə edəcəklər".

BAXCP sədrinin müavini bugünlərdə Milli Şura təmsilçisi Kamil Vəli Nərimanoğlunun konstruktiv müxalifətçiliyi "əl müxalifəti" kimi təqdim etməsinə də fikrini bildirib. Elçin Mirzəbəyli qeyd edib ki, Nərimanoğlunun təsəvvürünə görə, əgər kimlərsə dövlətini müdafiə edirsə bu yanlışdır: "Çünki bunların özləri ömürləri boyu kimlərinsə əlinə, cibinə baxıb, kiməsə işləyiblər. Onların konkret məqsədləri bu olub. Əslində, bu insanlar mənəvi cəhətdən əlil müxalifətdirlər. Daha dəqiq desək, Bunlar bizi "əl müxalifətçiliyində" ittiham edərkən, özlərinin əlil müxalifətçi olduqlarını unutmamalıdırlar. Ona görə də əlil müxalifət olmaqdansa, Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edib, çalışan müxalifətçi olmaq daha doğru seçim, doğru yanaşmadır. Bu ittihamlar artıq uzun illərdir ki, səslənir. Bizi ittiham edənlər bir neçə ildən sonra məhz atdığımız konstrivlik addımlarımızdan sonra öz fəaliyyətlərini korrektə etdilər. Amma etməyənlər də var və bu etməyənlərin özləri tərəfindən idarə olunmadıqları da kifayt qədər bəllidir. Ona görə də nə Kamil Vəli Nərimanoğlunun, nə də onun kimi digərlərinin ittihamlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu qüvvələrin faktiki olaraq real dayaqları yoxdur. Dedi-qodu ilə, çayxana söhbtləri ilə Azərbaycan siyasətində qalmaq əsla mümkün deyil".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...