Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycanda "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB