"Bu qərar ermənipərəst maraqlara söykənib" MÜNASİBƏT

"Bu qərar ermənipərəst maraqlara söykənib" MÜNASİBƏT

Məlum olduğu kimi, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirərək guya Azərbaycanda insan hüquqlarının pozulduğunu, demokratiyanın mövcud olmadığını, bəzi "hüquq müdafiyəçi"lərinin həbs olunduğu barədə qətnamə qəbul edib. Bu, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibət göstərdiyini ortaya qoymuş oldu. Sözügedən mövzu ilə bağlı müsahiblərimiz də Avropa Parlamentinin qərarının ermənipərəst maraqlara söykəndiyini bildiriblər.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov: "Azərbaycanda hər bir məsələ qanunlar çərçivəsində öz həllini tapır. Bu baxımdan Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə reallığı özündə əks etdirməyən yersiz bir sənəddir. Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi, sosial-iqtisadi sahədə böyük naliyyətlər əldə etməsi Avropa dövlətlərini hər zaman narahat edən məqam olub. Həmin o qüvvələrin istəyi Azərbaycanda xoşagəlməz bir vəziyyət yaratmaq və iqtisadi inkişafı ləngitməkdir. Amma onların bəd niyyətləri keçərli olmayacaq. Azərbaycan öz yolu- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişafını davam etdirəcək".

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov: "Azərbaycana qarşı olan ikili standartlar haradan qaynaqlanırsa, Avropa Parlamentinin də növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirməsioradan qaynaqlanır. Qərb ölkələri Azərbaycanda öz maraqlarına xidmət edən amilləri görmək istəyir. Amma onların planları baş tuta bilməz. Çünki, Azərbaycan güclü bir dövlətdir".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə