“Azərbaycanla strateji münasibətlər Türkiyəni İŞİD-ə qarşı mübarizəyə qoşulmasını tələb edir”

“Azərbaycanla strateji münasibətlər Türkiyəni İŞİD-ə qarşı mübarizəyə qoşulmasını tələb edir”

"Qondarma "erməni soyqırımı"nın tanınması və ya tanınmaması məsələsi ABŞ-ın Türkiyəyə qarşı ən böyük təzyiq vasitələrindən biridir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu ABŞ-ın qondarma "erməni soyqırımı"nın 100 illiyinə dəstək verəcəyini bəyan etməsinə münasibət bildirərkən deyib.

Politoloq vurğulayıb ki, Serj Sarkisyanın dövründə qondarma "erməni soyqırımı"nın tanınması istiqamətində atılan addımlar uğursuzluqla nəticələnir: "Serj Sarkisyanın dövründə heç bir dövlət bu qondarma soyqırımı tanımayıb. Əksinə İspaniya, Bolqarıstan və Avstraliya qondarma "erməni soyqırımı"nı tanımamaqla bağlı qərar qəbul edib. Yəni erməni prizmasından baxdıqda qondarma "erməni soyqırımı"nın tanınmasında geriləmə baş verir. Bu, sonda qondarma "erməni soyqırımını" bir alət kimi sıradan çıxara bilər. ABŞ isə bu aləti itirmək istəmir".

M.Əhmədoğlunun sözlərinə görə, ermənilərə qondarma "erməni soyqırımı" ilə bağlı məsələdə ən böyük zərbəni Roma Papası Fransis vurub: "Ermənilər çalışırdı ki, qondarma "erməni soyqırımı"nın 100 illiyinə Roma Papası I Fransis də qatılsın. Hələ Fransis Argentinada yepiskop olan zaman bu ölkədəki erməni icması Serj Sarkisyanı əmin etmişdi ki, Roma Papasıseçilən I Fransis qondarma "erməni soyqırımı"nın 100 illiyində Ermənistana gələcək. O, isə noyabrda Türkiyəyə gələcək və səfərin davamı kimi Ermənistana gedə bilər. Belə olacağı təqdirdə Türkiyəyə qarşı təzyiq vasitəsi olan bu alət ABŞ-ın əlində çıxır. Ona görə də ABŞ çalışır ki, qondarma "erməni soyqırımı"nın 100 illiyinin yüksək səviyyədə keçirilməsinə dəstək versin. Hesab edirəm ki, qondarma "erməni soyqırımı"nın 100 illiyi yaxınlaşdıqca ABŞ Türkiyəyə təzyiq etmək üçün yeni ssenarilər ortaya qoya bilər. Hətta ABŞ Roma Papası I Fransisi qondarma "erməni soyqırımı"nın 100 illiyi günü Ermənistana səfər etməyə məcbur edə bilər".

M.Əhmədoğlu vurğulayıb ki,Türkiyənin İŞİD-ə qarşı koalisiyaya qoşulmaması ABŞ-a bu ölkəyə qarşı təzyiqləri artırması üçün əlavə arqumentlər verib: "Hesab edirəm ki, qondarma "erməni soyqırımı" ilə bağlı verilən bəyanat da bu qəbildəndir. Ancaq, Azərbaycan və Türkiyənin strateji münasibətləri tələb edir ki, Türkiyə İŞİD-ə qarşı mübarizəyə qoşulsun".

Bütün xəbərlər Facebook səhifəmizdə