Cəmil Həsənli İsa Qəmbər haqqında nə dedi?

Cəmil Həsənli İsa Qəmbər haqqında nə dedi?

"Milli Şura"nın yaradıcılarından və onun ilk sədri olan Rüstəm İbrahimbəyov bu gün sözügedən qurumla tamamilə əlaqələrini kəsib. Təbii ki, bəziləri bunu Əli Kərimli ilə Rüstəm İbrahimbəyov arasında olan intiriqa ilə əlaqələndirirlər. Səs İnformasiya Agentliyi olaraq məsələ ilə bağlı "Milli Şura"nın hazırki sədri Cəmil Həsənli ilə əlaqə saxladıq. Əvvəlcə o bu məsələni təkzib etməyə çalışdı. O, iddia etdi ki, Rüstəm İbrahimbəyov arada bir olsa da Milli Şura ilə əlaqələr saxlayır: "Rüstəm İbrahimbəyovun Milli Şura ilə əməkdaşlığında heç bir problem yoxdur, əksinə o qurumla geniş əməkdaşlıq edir. Ola bilər ki, sizlər buna rast gəlməmisiniz, amma biz bunun şahidiyik".

Cəmil Həsənli İsa Qəmbərlə yollarının ayrılmasına da özünəməxsus şəkildə don geyindirməyə çalışdı: "Mən bu məsələyə münasibət bildirmək istəmirəm və nə də ki, bu məsələ haqqında elə də fikrim yoxdur".

Daha sonra C.Həsənlinin "AXCP həbs olunan hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi adı altında aksiya keçirməyi planlaşdırırdı. Milli Şura həmin aksiyaya AXCP ilə birgə yollanacaqmı" sualına cavabı belə oldu: "Bu məsələ müzakirə olunacaq və hansı qərar qəbul olunacaqsa Milli Şura da o formada iştirak edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə