Mütəllim Rəhimli: "Milli Şura bu tələblərə cavab vermir" AÇIQLAMA

Mütəllim Rəhimli: "Milli Şura bu tələblərə cavab vermir" AÇIQLAMA

"Milli Şura yarandığı dövrdən etibarın öz tərkibini genişləndirmək əvəzinə əksinə qurum daxilində ziddiyyətləri daha da çoxaldı". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Rüstəm İbrahimbəyovun yenidən peyda olaraq bu gün Milli Şuranın toplantısına telefonla qatılmasını Cəmil Həsənli və Əli Kərimlinin bu qurumu yenidən bərpa etməyə hesablanan addım kimi sayıla bilərmi, fikirlərinə münasibət bildirərkən deyib.

Aparat rəhbərinin sözlərinə görə, Milli Şura daxilində ziddiyyətlər bir sıra partiyaların həmin qurumu tərk etməsinə səbəb oldu: "Digər bir tərəfdən Milli Şura 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində qalib gəlmək niyyəti ilə yaradılmışdı. Amma o, qarşısına qoyduğu imkanı yerinə yetirə bilmədi. Hesab edirəm ki, adı uğursuzluqlarda hallanan belə qurumun yenidən dirçəldilməsi böyük zəhmət və əmək sərf edər. Güman etmirəm ki, Milli Şuranın bu qeyd olunan formatda siyasətə atılması hansısa ciddi uğurların başlanğıcı olsun. Azərbaycan cəmiyyəti tamamilə yeni siyasi qüvvələr, müxalif düşüncə və siyasi taktika arzusundadır. Bu mənada hesab edirəm ki, Milli Şura həmin tələblərə cavab vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə