Bakıda Malayziya səfirliyinin yeni binasının rəsmi açılış mərasimi olub. SİA-nın məlumatına görə, mərasimə Azərbaycanda səfərdə olan Malaziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyət nümayəndələri qatılıblar.
Baş nazir bildirib ki, Malayziya hökumətinin Azərbaycanda səfirlik açması ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ olacaq: "Ümid edirəm ki, Azərbaycan-Malaziya münasibətləri uzun müddətli olmaqla yanaşı hər iki tərəf üçün faydalı olacaq".
O, bildirib ki, yeni səfir Azərbaycanda üç il müddətinə fəaliyyət göstərəcək.
Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rah isə deyib ki, iki ölkə arasında diplomatik əlaqələrin çoxdan qurulmasına baxmayaraq, Azərbaycanda rəsmi olaraq bu bündən fəaliyyətə başlayırıq.
Daha sonra baş nazir Abdul Razak və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfirliyin yeni binası ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB