Sabir Rüstəmxanlı: “Ermənistan özünü ərköyün uşaq kimi aparır”

Sabir Rüstəmxanlı: “Ermənistan özünü ərköyün uşaq kimi aparır”

"Prezidentlərin növbəti görüşünün hansı nəticə ilə bitəcəyi ilə bağlı indidən proqnoz vermək çətindir. Əvvəla, danışıqlarda bir müsbət irəliləyiş əldə etmək və real nəticə görmək üçün Minsk qrupunda təmsil olunan dövlətlərin- ABŞ, Fransa və Rusiyanın Ermənistana ciddi təzyiqləri olmalıdır. Ermənistanın işğalçılıq siyasətini ifşa edən, Azərbaycanın ədalətli mövqeyini müdafiə edən real, nəzərəçarpan addımlar atılmalıdır".

Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Prezidentlərin növbəti görüşünün necə nəticələnəcəyi ilə bağlı danışan S. Rüstəmxanlı qeyd edib ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsinin həllində israrlı olmalıdırlar: "Bilirsiniz ki, Qərb Rusiya sanksiyalar, qadağalar tətbiq etdi. Halbuki Rusiya dünyanın böyük dövlətlərindən biridir. Bu qadağalar Ermənistana da tətbiq olunmalıdır. ATƏT-in Minsk qrupuna daxil olan ölkələr üzdə bir cür bəyanat verirlər, amma bir tərəfdən də Ermənistana hərtərəfli yardımlar göstərirlər. Ona görə də Ermənistan özünü ərköyün uşaq kimi aparır. Bu ölkələrin mövqeləri dəyişməyənə qədər danışıqların real nəticə verəcəyinə inanmaq çox çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə