Elmar Məmmədyarov : “Nazirlərin görüşü Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinə imkan yaradacaq” FOTOLAR

Elmar Məmmədyarov : “Nazirlərin görüşü Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinə imkan yaradacaq” FOTOLAR

Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının xarici işlər nazirlərinin görüşü iştirakçı ölkələrin Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq. SİA-nın məlumatına görə, Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşünün açılışında deyib. Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib.

Qeyd edək ki, bu gün Bakıda öz işinə başlayan "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün əsas məqsədi Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş "Şərq Tərəfdaşlığı" ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır. Tədbirdə "Şərq Tərəfdaşlığı"nda iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmid iştirak edirlər. "Şərq Tərəfdaşlığı" proqramında Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Belarus təmsil olunur. Ermənistan Bakı görüşündə iştirak etmir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə