Elçibəyçidən Əli Kərimli ilə bağlı ŞOK XƏBƏR

“Bu adam şəxsi tələbatı üçün ayda 10 min manat xərcləyir”

Bir müddət öncə, mətbuatda AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin qardaşının ağır xəstə olduğu, lakin ona heç kimin kömək edilməməsi barədə informasiya yayılmışdı. Bununla bağlı SİA-ya müraciət edən və müəyyən səbəblərə görə hələlik adının açıqlanmasını istəməyən keçmiş Elçibəyçi sözügedən məsələ ilə bağlı AXCP sədri Əli Kərimli haqqında müfəssəl məlumatlara malik olduğunu bildirib. Belə ki, Elçibəyin ailəsinə yaxın olduğunu deyən mənbə bizimlə söhbətində bildirib ki, Almurad Əliyev (Elçibəyin qardaşı) xəstəliyi ilə əlaqədar Əli Kərimliyə müraciət etmiş, Əli Kərimli də ona elə az miqdarda pul təklif etmişdi: "Bundan sonra Elçibəyin qardaşı özünü təhqir olunmuş hesab edib və pulu Əli Kərimlinin üzünə çırpmışdı. Yaxşı, Əli Kərimli nankor çıxdı, bəs digərləri ona nədən yardım etməmişdi? Elçibəyin ideologiyasından dəm vuranlar, milyonlar qazananlar görəsən, nədən onun qardaşına kömək etmirlər?".

"Əli Kərimli ildə 5-6 dəfə başqalarından pul alır"-deyə qeyd edən mənbə AXCP sədrinin əldə etdiyi gəlirə də toxunub: "Hər dəfə aldığı pulların miqdarı 100-130 min dollardan az olmur. Təsəvvür edin ki, bu adam şəxsi tələbatı üçün ayda 10 min manat xərcləyir, ancaq "liderim" dediyi bir şəxsin qardaşına yardım etmir. Budurmui onun kişiliyi?!"

Qeyd edək ki, Elçibəyçi mənbə qarşıdan gələn həftədə AXCP sədri Əli Kərimli haqqında mətbuata məlum olmayan bir çox təfərrütları saytımıza açıqlayacağını bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə