Estoniya mətbuatında Dağlıq Qarabağla bağlı məqalə dərc edilib FOTO
Estoniyanın nüfuzlu "Postimees" internet portalında Tallinn Texnika Universitetinin magistri Orxan Oqtayın Qarabağ problemi ilə bağlı "Konflikt ardınca konflikt" adlı məqaləsi yerləşdirilib. SİA-nın xəbərinə görə, məqalədə Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçılarının Soçidə keçirilən üçtərəfli görüşündən bəhs olunur.
O.Oqtay Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmamasının səbəbini də qeyd edir. O yazır ki, Ermənistanın 3 milyon əhalisi var və bu ölkədən kənardan onların sayı ən çox Rusiyadadır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tələsmir, ona görə ki, bu ölkə həm iqtisadi, həm də siyasət baxımından Rusiyadan asılıdır.
Gənc magistr qeyd edir ki, Azərbaycan üçün bu münaqişənin uzanması arzuolunmazdır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan öz hərbi müdafiəsinə güclü sərmayələr sərf edir, həmçinin rəsmi Bakı dəfələrlə bildirmişdir ki, öz ərazi bütövlüyünü istər sülh yolu, istər müharibə yolu ilə bərpa edəcəkdir.
O. Oqtay diqqətə çatdırır ki, Ukraynadakı son hadisələr Rusiya qazının Avropaya nəqlini kölgə altına alıb. Bu halda Azərbaycan bütün Avropanın qaz ehtiyaclarını ödəyə bilməsə də bir hissəsini mütləq təmin edə bilər. Məqalədə qeyd olunur ki, Azərbaycan üçün Dağlıq Qarabağ yaralı sual olaraq qalsa da, bu dövlət güclü və inkişaf edən ölkələrdən birinə çevrilib.
O.Oqtay yazır ki, gələcəkdə "Tanap" layihəsi işə salınacaq. 2012-ci ildə imzalanmış layihə 2018-ci ildə həyata keçirilməlidir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://arvamus.postimees.ee/2885347/orhan-oktain-konflikt-konflikti-jarel
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB